PSJ-nin yeni planı: Messi və Ronaldu komanda yoldaşı ola bilər

0
350

Fransalı hücumçu Kilian Mbappe 2022-ci ilin yazında, yəni müqavilə müddəti başa çatdıqdan sonra PSJ-ni tərk edəcək.

Bu barədə AS nəşri məlumat yayıb.

Mbappenin yerini doldurmaq üçün PSJ prezidenti Naser Əl-Xelayfi müqavilə müddəti 2022-ci ilin iyun ayında bitən “Yuventus”un hücumçusu Kriştianu Ronaldunu transfer etmək istəyir.

Nəşrə danışan mənbə qeyd edir ki, Paris klubu Mbappenin Madrid “Real”ına keçmək üçün müqavilə müddətini uzatmaq istəmədiyini anladığı üçün onun yerini portuqaliyalı superulduzla doldurmaq istəyir.