Psixiatriya Xəstəxanasında pasiyent döyülüb? – RƏSMİ

0
319

Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında A.R (ad şərtidir) adlı vətəndaş döyülüb. 

Bu barədə  vətəndaşın qardaşı məlumat verib.

İddia edilib ki, qardaşı xəstəxanada vəhşicəsinə döyülərək koma vəziyyətinə salınıb:

“Qardaşım gizli şəkildə gecə ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib”.

Vətəndaş bildirib ki, hadisəni ört-basdır etmək üçün hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. 

Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxana rəhbərliyi tərəfindən qeydə alınan fakt barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb:

“Xəstəxanaya gələn polis və prokurorluq əməkdaşları araşdırmalara başlayıblar. Təhlükəsizlik kameralarının görüntüləri də götürülüb. Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı fakta hüquqi qiymət verəcək”.