Proses yekunlaşır, sülh müqaviləsi imzalanır? – Kremldən AÇIQLAMA

0
148

“Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanalın efirində bildirib.

“Onlar müharibə edən tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur”, – “Müharibə edən tərəfləri bir araya gətirmək qorxulu deyilmi” sualına Kreml nümayəndəsi belə cavab verib.

Qeyd edək ki, dekabrın 26-da Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsən iştirak etdiyi MDB-nin qeyri-rəsmi sammiti keçirilir.