Prokurorluqdan intihar edən gənc qızla bağlı açıqlama

0
357

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

“Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir”, – deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.