Professordan xəbərdarlıq: Uşaqlar da maska taxmalı

0
462
Uşaqlar, arxiv şəkli

“Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin 3-17 yaşlarındaki 550-dən çox uşaq üzərində aparılan peyvəndlənmə zamanı təsirli və etibarlı olduğu aşkarlanıb. 

 Son günlər uşaqlar arasında COVID-19-a yoluxmada rəqəmlər artıb. Rəqəmlərin artması valideynlərdə də narahatlıqlara səbəb olub. Bununla belə, bir çox ölkələrdə virusdan qorunmaq üçün uşaqların da peyvəndi məsələsi gündəmə gətirilib. Türkiyədə artıq 2 peyvəndin uşaqlar üçün də yararlı olduğu bildirilib.

Belə ki, “Pfizer-BioNTech” vaksininin 12-15 yaş arasında, valideyni tərəfindən könüllü olaraq peyvəndlənməyə gətirilən 2 min 260 uşaq üzərində aparılan araşdırma zamanı onun simptomlu xəstələrə qarşı 100 faizlik təsirə malik olduğu və heç bir əlavə təsirinin olmadığı bəlli olub.

“Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin 3-17 yaşlarındaki 550-dən çox uşaq üzərində aparılan peyvəndlənmə zamanı təsirli və etibarlı olduğu aşkarlanıb. 

Türkiyənin “Cerrahpaşa” tibb fakültəsinin professoru Kənan Midilli rəqəmlərdəki artımın səbəblərindən danışıb:

“Bunun əsas səbəbi birinci dalğa zamanı məktəblərin, təhsil müəssiələrinin bağlı olması ilə əlaqədardır. Lakin sonradan bəzi ölkələrdə məktəblər, digər təhsil müəssisələri açıldığı üçün rəqəmlərdə də artım oldu”.

O bildirir ki, son rəqəmlərə görə yaşı 15-dən aşağı olanlar arasında virusa yoluxma ümumi rəqəmlərin 5, yaşı 2-dən az olanlar arasında isə 2 faizini təşkil edir.

Professor bu xəstəliyin uşaqlarda ölümcül təsirə malik olması ilə bağlı hər hansı bir dəlilinin olmadığını deyib: “Bir yaşdan kiçik və xroniki xəstəlikləri olan uşaqlar daha çox risk qrupuna aiddirlər. Ümumilikdə isə onu deyə bilərəm ki, uşaqların 90 faizi xəstəliyi yumşaq keçirsə də, onlar daşıyıcı olduğundan ətraf aləm üçün təhlükə hesab edilirlər. Bu səbəbdən uşaqların maska taxması virusun daha da genişlənməsinin qarşısını almaq üçün çox önəmlidir”.