Professordan 4-cü DALĞA XƏBƏRDARLIĞI

0
336
Professordan 4-cü DALĞA XƏBƏRDARLIĞI

Vaksinasiyanın sürəti bizdə elə də intensiv deyil. Bizə hələlik COVAX platforması ilə vaksin verilməyib. Buna baxmayaraq, Azərbaycan öz imkanları ilə qardaş Türkiyədən vaksin aldı və vətəndaşların peyvəndlənməsinə başladı.

Bu sözləri  professor Adil Qeybulla deyib. Həkim bildirib ki, vaksin çatışmazlığı ucbatından vaksinasiya intensiv şəkildə aparılmır:

“Hesab edirəm ki, vaksinin ədalətsiz bölgüsü dünyada çox ciddi təhlükə yaradır. Bilirik ki, koronavirus mutasiya etməkdə davam edir. İkili mutasiyaya uğramış Hindistan ştammı dünya üçün çox ciddi təhlükə mənbəyidir. Bu, artıq dördüncü dalğanın da real olduğunu göstərir. Odur ki, peyvəndlənmə sahəsində işlərin sürətləndirilməsinə başlamalıyıq. Bunun üçün dünya vaksinin ədalətli bölgü prinsipinə əməl etməlidir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır və bu, bizi dərindən narahat edir”.