Professora TƏBİB-də vəzifə verildi – FOTO

0
385

Akif İrzaxan oğlu Qurbanov “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı TƏBİB məlumat yayıb.

Bundan öncə, 2005 – 2011-ci illərdə Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında dosenti, 2012- 2019-cu illərdə Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Tibb üzrə elmlər doktoru, professor A.Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.

Eyni zamanda, o, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.