Problemli insanlar İNK-na üz tutur

0
340

Bu gün Azərbaycanın rayonlarından bir qrup vətəndaş İctimai Nəzarət Koalisiyasının qərargahında oldular. Regionlardan gəlmiş vətəndaşların şikayətlərinə baxılmadığı üçün onlar koalisiyanın sədri Rasim Məmmədovla görüşərək problemlərini çatdırdılar. Həmişə olduğu kimi yenə də məmur özbaşınalığı, vətəndaşa laqeyd münasibət, sadə insanların hüquqlarının tapdanması insanları koalisiyaya üz tutmağa məcbur etmişdi. Vətəndaş ona qarşı edilən haqsızlığa görə məmurdan şikayət edir. Və bu da bir daha onu göstərir ki, doğrudan da İctimai Nəzarət koalisiyasının cəmiyyətdə rolu böyükdür. Deməli, vətəndaşın sözünü deyəcəyi, problemini bildirəcəyi bir ünvan var. Və bu ünvan bəzi məmurların kabusuna çevrilmiş İctimai Nəzarət Koalisiyası, rəhbəri isə gecə yuxularına qənim kəsilən, kölgəsini belə baltaladıqları Rasim Məmmədovdur…
Şikayətçilər çox, səbəbkar bir – Məmur, səbəb isə məmur özbaşınalığı. Bütün bunlar bir daha onu təsdiq edir ki, Prezidentin çağırışı ilə yaranan İctimai Nəzarət Koalisiyasına cəmiyyətdə ciddi ehtiyac var imiş. Axı niyə məmurlar anlamaq istəmirlər ki, onların bu hərəkətləri ilə vətəndaşla dövlət arasında ciddi uçurum yaranır, prezidentin çətinliklə və min bir əziyyətlə yaratdığı, qurduğu, 3000-dən çox Şəhid və Qazisinin canı, qanı hesabına qazandığı qələbəni kölgə altına salırlar…
Rasim Məmmədov şikayətçiləri dinlədikdən sonra onların problemləri ilə bağlı müvafiq qurumlarla əlaqə saxlayıb lazımı tapşırıqlar verdi. Vətəndaş bir daha əmin oldu ki, İctimai Nəzarət Koalisiyası prezidentin yolunu davam etdirir, dövlət və dövlətçiliyə xidmət edir.