“Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ araşdırılır və öyrənilir”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edir ki, məsələ ilə bağlı müxtəlif fikirlər var:
“Bu, epidemioloji vəziyyətlə bağlı məsələdir. Digər ölkələrdə də bu məsələ ciddi şəkildə araşdırılır. Bütün məsələlər müzakirə olunur. Bu barədə məlumat veriləcək”.