Mayın 31-dən sonra karantin rejiminin uzadılması barədə fikir söyləmək tezdir”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, ölkəmizdə və dünyada olan vəziyyətin qiymətləndirilərək qərar verilməsi vacibdir:
“Vəziyyətdən asılı olaraq, karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi mümkündür”.