Prezidentin köməkçisi xarici KİV nümayəndələrinə səsləndi: “Cavabdeh deyilik”

0
360

Azərbaycanın işğal altında olan ərazilərinə icazəsiz edilən səfərlər qanunsuzdur. Bu səbəbdən Azərbaycan Ermənistan tərəfinə gedən xarici KİV nümayəndələrinin təhlükəsizliyinə cavabdeh deyil”.

Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərinə xarici jurnalistləri müxtəlif adlarla dəvət edərək, onları canlı hədəfə çevirməyə cəhd edir:

“Ona görə də xarici KİV nümayəndələrindən bir daha xahiş edirik, Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfərlər etməsinlər. Digər tərəfdən, Azərbaycan Respublikası həmin ərazilərdə fəaliyyət göstərən xarici KİV nümayəndələrinin təhlükəsizliyinə cavabdeh deyil.

Bu cavabdehlik bilavasitə işğalçı Ermənistanın və Ermənistan tərəfindən yaradılmış qondarma rejimin üzərinə düşür”.