“Ali Baş Komandanın tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirlərinin işğaldan azad olunan ərazilərimizə səfəri təşkil olunub”.
Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən, xarici ölkələrin Azərbaycandakı səfirləri ilə yanaşı, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. Səfərdə 120-dən artıq diplomat iştirak edir.https://platform.twitter.com/embed/index.html?creatorScreenName=oxuaz&dnt=false&embedId=twitter-widget-0&frame=false&hideCard=false&hideThread=false&id=1330416070835007488&lang=en&origin=https%3A%2F%2Foxu.az%2Fpolitics%2F442728&siteScreenName=oxuaz&theme=light&widgetsVersion=ed20a2b%3A1601588405575&width=550px
Digər paylaşımında isə H.Hacıyev beynəlxalq ictimaiyyətin Ermənistanın işğalı dövründə Füzulidəki dağıntıların miqyasını qiymətləndirməli olduğunu vurğulayıb.https://platform.twitter.com/embed/index.html?creatorScreenName=oxuaz&dnt=false&embedId=twitter-widget-1&frame=false&hideCard=false&hideThread=false&id=1330414807397314563&lang=en&origin=https%3A%2F%2Foxu.az%2Fpolitics%2F442728&siteScreenName=oxuaz&theme=light&widgetsVersion=ed20a2b%3A1601588405575&width=550px