Prezidentin köməkçisi: “Mən və həyat yoldaşım peyvənd olunmuşuq”

0
307

“Koronavirusa yoluxma rəqəmləri artmağa başlasa, yenidən müvafiq məhdudiyyətləri tətbiq etməyə məcbur olacağıq”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu gün 1 milyondan çox vətəndaş vaksinasiya olunub və heç bir fəsad yoxdur:

“Özüm, həyat yoldaşım, anam və qardaşım peyvənd ounub və heç bir fəsad yoxdur. Vaksinasiya pandemiyanın bitməsinin yeganə yoludur. İki yol var, ya peyvənd olunmalıyıq, ya da xəstələnib sağalmalıyıq”.

“Xəstələnən insanlarda fəsadlar qalır və yaxınlarımızı itirmişik. Xəstələnib sağalan insanlar yüngül formada keçirsə də, onlarda problemlər uzun müddət davam edir. Tövsiyə etməzdim ki, insanlar xəstələnib sağlamanı seçsinlər”, – deyə o əlavə edib.