Prezidentin köməkçisi düşmənin Mingəçevirə atdığı raketlərin görüntülərini yaydı – YENİLƏNİB + FOTO/VİDEO

0
392

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Mingəçevirə raket hücumunu sübuta yetirən görüntüləri paylaşıb.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Ermənistanın Azərbaycanın kritik mülki infrastrukturuna qəsdən və məqsədyönlü hücumunun sübutu. Raket Mingəçevirdəki enerji blokunun yaxınlığına düşüb. Ancaq partlamayıb.

Ermənistanı ayıltmaq və məsuliyyəti dərk etməsi üçün sülhəməcburetmə davam etməlidir”, – deyə H.Hacıyev bildirib.

 

4 oktyabr, 23:50

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Mingəçevirə endirilən raket zərbələri haqqında məlumat paylaşıb.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Azərbaycanın Mingəçevir sənaye şəhərinə Ermənistan tərəfindən dörd ədəd “Toçka” qısamənzilli ballistik raket buraxılıb. İnfrastruktura ciddi ziyan dəyməyib.

Ancaq mülki əhali arasında yaralılar var. Ermənistanın dövlət terroru və ekoloji terroru davam edir. Mingəçevir, həmçinin, böyük su rezervuarıdır”, – deyə Hikmət Hacıyev qeyd edib.