Prezidentin “İctimai nəzarət fəlsəfəsi”ni həyata keçirən qurum-İctimai Nəzarət Koalisiyası – Video

0
636

“HAMI İCTİMAİ NƏZARƏTÇİ OLMALIDIR” …Bəli, hamı ictimai nəzarətçi olmalıdır.Bizim öz hüquqlarımızı bilmədiyimizdən sui-istifadə edən məmurlar bütün hallarda başımıza torba salıb sağa-sola sürüyür, bizi təhqir edir, bizdən rüşvət tələb edirdilər və etməkdə hələ də davam edirlər.Nəticədə qanuni şəkildə həll olunmal olan bu və ya digər problemimizi rüşvət alandan sonra boynumuza dəvənin yükünü minnəıt şəklində qoyaraq halal haqqımızı bərpa edirdilər. Gör biz nə qədər sadəlöhv insanlarıq ki. rüşvət verməyimiz azmış kimi hələ bir az qala onların əllərini-ayaqlarını da yalamağa hazır olmuşuq.. Niyə? Bizə nə olub? Niyə biz bir vətəndaş olaraq öz hüquqlarımızı bilmirik? Başımıza hansı məmurun başına düşməli olan daş düşüb?Niyə biz köməyi ancaq kənardan ummalıyıq, haqqımızı özümüz deyil, başqası büdafiə etməlidir.?! XXİ-ci əsrin birinci onilliyində bu məsələ lap pik həddinə çatdı. Məhkəmələrdə hakimlər rüşvət və korrupsiya kimi iyrənc məsələlərlə bağlı cinayət işlərini araşdırmaqdan bezdilər.Nəhayət ölkə rəhbəri Möhtərəm Cənab Prezident İlham Əliyev Administarasiyaya daxil olan şikayət məktublarından təngə gəldi və 2015-ci ildə açıq tekstlə xalqa müraciət etdi.Ölkə rəhbəri öz müraciətində hamını bir nəfər kimi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ona yardımçı olmağa səslədi.Məqsəd bir idi: HAMI İCTİMAİ NƏZARƏTÇİ OLMALIDIR! Amma bir vacib məsələ də var idi ki, bu işdə xalqa istiqamət verən bir ictimai qurum da yaratmaq lazım idi. Bax, belə bir kritik məqamda Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyi İlham Əliyevin həyəcan dolu müraciətinə dərhal səs verdi və bu qurumun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə İCTİMAİ NƏZARƏT KOALİSİYASI təsis edildi. Artıq altı ilə yaxındır ki, İCTİMAİ NƏZARƏT KOALİSİYASI Azərbaycan xalqına xidmət edir, haqqı pozulan vətəndaşlara hüquqi yardımlarını əsirgəmir. Koalisiyanın rəhbərisə comərd türk oğlu Rasim Məmmədovdur.Heç cür dərk edə bilmirəm ki. bu işin öhdəsindən Rasim Məmmədov səviyyəsində kimsə də gələ bilərdi. Yenicə yaradılan ictimai bir qurumun harınlaşmış azğın məmuru ifşa edə bilməsi və bu savaş meydanında bir addım belə geri çəkilməməsi ilk baxışda ağlasığmazdır, eləmi?! Ancaq inanın ki, belə hallar dəfələrlə baş verdi və komandamız Azərbaycan qanunlarının aliliyinə və Azərbaycan Prezidentinə arxalanaraq geri çəkilmədi və həmişə də qələbə haqqı müdafiə edənlərin, yəni bizim oldu. Təvazökarlıqdan kənar olsa da deməliyəm ki. bu qələbələrdə Rasım Məmmədov amili öz işini zərgər dəqiqliyi ilə görürdü. Bu adamın haqq işi uğrunda mübarizədə qorxacağı, çəkinəcəyi heç nə yoxdur. Bəzi sonradan göbələk kimi peyda olan formai ictimai qurumlardan fərqli olaraq bizim təmsil olunduğumuz İctimai Nəzarət Koalisiyası dövlətçilik prinsiplərini əsas tutaraq xalqımıza təmənnasız xidmət edir. Bu, əsas və olduqca vacib faktordur.Dövlət səviyyəsində tanınan Koalisiya bundan sonra da öz fəaliyyətini Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dövlətçilik ideyalarının tərənnümü istiqamətində davam etdirməkdə israrlıdır.