Prezidentin cinayətindən xəbər verən şəxsə 15 milyon dollar mükafat veriləcək – MARAQLI

0
440

Hər hansı bir cinayətkarın tutulması üçün pul mükafatı vədi yenilik deyil.
Amma, bu dəfə sıradan bir cinayətkar haqqında yox, fəaliyyətdə olan dövlət başçısının cinayəti haqqında məlumat verənə mükafat veriləcəyi elan edildi. Mükafatın məbləği də az deyil-15 milyon dollar.
 ABŞ Venesuela Prezidenti Nikolas Maduro və Venesuelanın bir sıra yüksək vəzifəli şəxslərini beynəlxalq narkotik ticarətində ittiham edib. ABŞ Dövlət Departamenti “Venesuela vətəndaşlarının( diqqət edin, prezidentin yox, vətəndaşın)  – Nikolas Maduro Moros, Diosdado Kabello Rondon, Huqo Karvajal Barrios, Klayver Alkal Kordones və Tarek Zaydan El Issami Maddınin tutulmasına və ya məhkum edilməsinə səbəb olacaq məlumatlara görə  mükafat” elan edib.
“Dövlət Departamenti, Nikolas Maduro ilə əlaqəli məlumatlar üçün 15 milyon dollara qədər, qalanları ilə bağlı məlumat üçün isə hər biri 10 milyon dollara qədər  mükafat təklif edir. ABŞ Dövlət Katibi Mayk Pompeo bəyanatında bildirib ki, “Maduro rejimində əsas vəzifələr tutan bu şəxslər, Venesueladan narkotik vasitələrin göndərilməsini, o cümlədən Venesuelanın hava bazasından gedən təyyarələrə nəzarəti və narkotik vasitələrin yollarına nəzarətini asanlaşdırıblar”.