Prezident Zərdabın icra başçısını vəzifəsindən azad etdi – SƏRƏNCAM

0
431

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lütvəli Babəli oğlu Babayevin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan əvvəl, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə M.T.Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.