Prezident Xələf Xələfovu əvvəlki işinə qaytardı – Nazir müavini təyin olundu

0
625

Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, bundan əvvəl X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.