Prezident və ailəsi xaricə başqa adlarla gedirmiş, günü 46 min dollara oteldə qalırmış

0
657

Ukrayna prezidenti Pyotr Poroşenko və ailə üzvlərinin xarici ölkələrə şəxsi səfərləri zamanı, o cümlədən istirahətə gedərkən gizli pasportlarından istifadə etdikləri iddia olunur.

Bu barədə Ukraynanın “Strana” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Poroşenko ailəsinin aşağıdakı adlarla pasportları var: Vera Lazarieva, Ivan Dekhteriev, Evheniia Safonova, Oleksandr Syshchykov, Kateryna Boieva, Vitalii Kokorin, Olena Senchenko və Olha Herasymenko.

Bu sənədlərin prezidentin ailə üzvlərinin gizliliyinin qorunması məqsədilə Ukraynanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığı iddia olunur.

“Prezident Poroşenko son iki ildə üç dəfə Maldiv adalarında və İspaniyada olub, Norveç və Fransaya gedib. Bunların hamısı şəxsi səfərlər olub.

2018-ci ilin yanvarında Pyotr Poroşenko məzuniyyətini ailəsi ilə Maldiv adalarında keçirib. 8 böyük adamın və 2 uşağın məzuniyyət dövründə təkcə bir neçə ölkəyə uçuşlarına 188 min dollar pul xərclənib. Günü azı 46 min dollar olan oteldə qalıblar. Prezidentin ailəsi təkcə Maldiv adalarında 6 gecə qalıb. Poroşenko oteldə “Incognito Petro Ukraine” adıyla qeydiyyatdan keçib”,- “Strana”nın yaydığı məqalədə belə yazılıb.