Prezident İlham Əliyevin növbəti beynəlxalq uğuru

0
411
Prezident İlham Əliyevin növbəti beynəlxalq uğuru

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixdə BMT-nin İnsan Haqları Şurasının 46-cı sesiyası çərçivəsində COVİD-19-la bağlı qətnamənin qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən siyasətin beynəlxalq miqyasda növbəti uğurudur. Qəbul edilmiş qətnamə BMT-nin üzvü olan dövlətləri, müvafiq beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətlərini, özəl sektorun nümayyəndələrini COVİD-19 qarşı peyvəndin bütün ölkələr arasında ədalətli şəkildə bölüşdürülməsinə çağrış etmişdir.

Cənab Prezident İlham Əliyev dünyada ilk dövlət başçısı olaraq COVİD-19 əleyhinə peyvəndin dünya miqyasında ədalətsiz və qeyri bərabər bölünməsinə münasibət bildirərkən qeyd etmişdi ki, Azərbaycan Qoşulmama Hərəkarının sədri kimi bu ədalətsizliyə laqeyd qalmayacaq.

23 mart 2021-ci il tarixdə BMT-nin İnsaq Haqları Şurasında qəbul edilən bu qətnamə cənab Prezidentin məhz həmin təşəbbüsünün davamı, Azərbaycanın bu istiqamətdə növbəti uğuru, eyni zamanda beynəlxalq aləmdə durmadan artan nüfuzundan xəbər verir. Ümumilikdə bu qətnaməyə 133 ölkə həmmüəlliflik edib. Bu, olduqca çox böyük göstəricidir, böyük uğurdur və eyni zamanda, beynəlxalq dairələrdə və təşkilatlarda Azərbaycan Prezidentinin təşəbbüslərinə göstərilən marağın və bu təşəbbüslərə verilən yüksək dəyərin göstəricisidir.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan, onun Prezidenti cənab İlham Əliyev yorulmadan fəaliyyət göstərərək dünya dövlətlərini müxtəlif qlobal məsələlərin müzakirəsinə cəlb edir və ən nəhayət bütün dünyanı cənginə alan koronavirus pandemiyasına qalib gəlmək, bəşəriyyəti qorumaq istiqamətində öz ciddi töhfəsini verir.