Prezident İlham Əliyev Peru Prezidentini təbrik edib

0
445

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Peru xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Peru dostluq münasibətlərinin həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda daha da inkişafı üçün imkanlar mövcuddur.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq arzulayıram”.