
Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfirinin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Həsən Zeynalov Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
***
Dövlət başçısının digər sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.