Prezident daha bir “Dövlət Proqramı”nı təsdiqlədi

0
477

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.

Bununla bağlı verilən sərəncamda arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.