Prezident 47 gündən sonra üzə çıxdı

0
383

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun 47 gündən sonra ilk dəfə publika qarşısına çıxıb.

Təbbun dövlət televiziyasında çıxış edib və şəxsi Tvitterində video-müraciət yayıb.

Prezident bildirib ki, 3 həftədir müalicə olunur:

“Mən sağalıram. Fiziki sağlamlığım 2 və ya 3 həftədən sonra tam bərpa olunacaq. Tezliklə ölkədə olacağıq, yeni Əlcəzairi qurmağa davam edəcəyik”.

Qeyd edək ki, 75 yaşlı prezident koronavirusa yoluxub və Almaniyada xəstəxanalardan birinə yerləşdirilib. 47 gün ərzində Prezidentin görünməməsi isə müxtəlif söz-söhbətə səbəb olub.