Sentyabrın 22-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turu çərçivəsində daha bir oyun keçiriləcək.
Saat 18:30-da başlayacaq görüşdə “Neftçi” komandası “Keşlə” klubunu qəbul edəcək. Bu, komandalar arasında 60-cı qarşılaşma olacaq. “Bakcell Arena”da oynanılacaq matçda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Topaz Premyer Liqasının beşinci turuna sentyabrın 23-də oynanılacaq “Zirə” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.
Xatırladaq ki, ötən gün oynanılan görüşlərdə “Sumqayıt” komandası “Sabah”ı minimal hesabla məğlub edib. “Səbail” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Çempionata 12 xalla “Qarabağ” klubu (4 oyun) başçılıq edir. On xalı olan “Səbail” ikinci, “Zirə” (4 oyun) isə 7 xalla üçüncü yerdə qərarlaşıb