Postlar yığışdırıldı: maşın üçün icazə… – ASAN

0
748

Hazırda 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur.

Bunu ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev qeyd edib.

O bildirib ki, sistemlə əlaqəli hər hansı bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:

“Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur”.

Qeyd edək ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib. 2 saatlıq SMS-icazə zamanı şəxsi maşından istifadə etmək istəyənlərin maşınının nömrəsini də 8103-ə göndərməsi gərəkdiyi haqda məlumat yayılmışdı.

Ekspertlər isə buna ehtiyac olmadığını qeyd edib.