Postda polisin qanuni tələbinə məhəl qoymayan sürücülər saxlanıldı: 52 sərnişin cəzalandırıldı

0
492

İyunun 18-də saat 8-dən iyunun 19-da saat 8-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “COVID-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda polis əməkdaşlarının “Saxla!” tələbinə tabe olmayıb hərəkətini davam etdirmiş dörd sərnişin avtobusu saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə təhvil veriliblər.