Polşada Yeni il atəşfəşanlığı 700-ə yaxın yanğına səbəb olub.
Bunu Respublikanın Dövlət Yanğından Mühafizə Xidmətinin rəsmi nümayəndəsi Karol Kejkovski mətbuata bildirib.
O, həmçinin əlavə edib ki, yanğınlar nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb, 12 avtomobilə ziyan dəyib.
Ümumilikdə, 2023-cü il yanvarın 1-nə keçən gecə yanğınsöndürənlərə 1200-dən çox çağırış daxil olub, bu çağırışların 149-u yalan çıxıb.