Polşada gimnastlarımız daha iki medal qazanıblar

0
284

Polşanın Varşava şəhərində bədii gimnastika üzrə keçirilən “XIV Inna Cup” adlı beynalxalq turnirdə gimnastlarımız daha 2 medal qazanıblar.

Fərdi proqramda mübarizə aparan təmsilçilərimiz İlona Zeynalova halqa, Mədinə Dəmirova isə topla hərəkətlərin icrasına görə gümüş medal əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında qızıl medala sahib olub. İlona Zeynalova isə böyüklər arasında gümüş medala yiyələnib.