Polşa Rusiyanı məhkəməyə verir: “Təzminat tələb edəcəyik”

0
190

Polşanın ən böyük neft şirkəti “PKN Orlen” Rusiya Federasiyasından təzminat tələb edəcək.

Buna səbəb “Drujba” kəməri ilə Polşaya neft nəqlinin dayandırılmasıdır.

Şirkətin baş direktoru Daniel Obaytekin sözlərinə görə, onun şirkəti rusiyalıları məhkəməyə verməyə hazırdır, çünki onlar “qara qızıl”ın tədarükünü dayandırdıqdan sonra şirkət itkilərə məruz qalıb.

“Rusiyalılar Polşaya neft nəqlini dayandırıblar, ona görə də biz indi onları məhkəməyə verəcəyik və itkilərə görə təzminat tələb edəcəyik”, – deyə o qeyd edib.

Eyni zamanda o, təzminatın məbləği barədə açıqlama verməyib. Şirkətin müqavilələrinin detallarını müzakirə edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, Polşa Ukraynanın müttəfiqlərindən biridir və Rusiya Federasiyasının genişmiqyaslı işğalı ilə əlaqədar humanitar, hərbi yardım göstərir. Polşa həmçinin Rusiya 2022-ci ildə Ukraynada böyük müharibə başlayandan dərhal sonra buradan qaz tədarükünü dayandıran ilk Avropa ölkəsidir.