Polisin bu addımı duyğulu anlar yaşatdı – VİDEO

0
392
Türkiyənin İstanbul şəhərində baş verən maraqlı hadisə hər kəsə duyğulu anlar yaşadıb. Belə ki, polislər şəhərdə qasırğa zamanı sifarişi çatdırmağa çalışan motosikletçiyə güclü küləkdən qorunmaq üçün sipər olublar.

Bu barədə kadrlar hadisə şahidlərinin telefonu vasitəsilə çəkilib.

Video sosial şəbəkədə böyük rəğbət qazanaraq ən çox izlənənlər arasına girib.