Polisdən qaçıb 5 maşını əzən “avtoş”a 30 sutka həbs verildi – Video

0
498

Avtoxuliqanlıq edərək polisin əmrinə tabe olmayan Nəsimi rayon sakini, 1994-cü il təvəllüdlü Yusifli Şəhram Şakir oğlu saxlanılıb. O, bir il sürücülük hüququndan məhrum edilməklə 30 sutka həbs edilib.

Ş.Yusifli 15 aprel 2020-ci il saat 16:50 radələrində idarə etdiyi 90 PG 475 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobilin sürücüsü Dilarə Qədirbəyova küçəsindən başlayaraq Bakı şəhərinin bir çox mərkəzi küçələrinda olduqca kobud və təhlükəli qayda pozuntuları edərək digər hərəkət iştirakçılarının hərəkətinə mane yaratmış, avtoxuliqanlıq hərəkətləri nümaiş etdirmiş, aralarında YPX avtomobili də olmaqla beş nəqliyyat vasitəsinə ziyan yetirib.

Belə ki, polis əməkdaşlarının saxla əmrinə tabe olmayan sürücünü, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 10-cu tağımının 99 YP 485 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan polis serjantı Məlikov Elvin Elman oğlu və polis baş serjantı Kəngərli Xəyyam Teyyub oğlu saxlamağa müvəffəq olublar.

Bakı şəhər Baş Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 26 yaşlı Şəhram qanunsuz taksi fəaliyyəti ilə məşğul olub. Üstəlik, şəhid ailəsi statusundan tez-tez istifadə edirmiş. Ş.Yusifli bir həftədir evə getmədiyinə görə, qohumları tərəfindən 102 xidmətinə zəng vurularaq onun itkin düşməsi barədə məlumat verilib.