Polis rəisi: “Şuşa şəhəri minalardan tam təmizlənib”

0
312

“Şuşa şəhəri minalardan tam təmizlənib, amma vətəndaşlar hər ehtimala qarşı ehtiyatlı olmalıdırlar”.

Bunu bu gündən həyata keçirilən Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin ilk sərnişinlərinin qarşılanma mərasimində şəhərin polis rəisi Səməd Məhərrəmov deyib.

“Vəzifə borcumdur ki, sizə bildirim – səfər vaxtı haradasa döyüş sursatları görə bilərsiniz. Bunu sizi müşayiət edən polis əməkdaşlarına dərhal bildirin”, – deyə o bildirib.