Polis intizamlı sürücülərə bahalı  avtomobillər bağışlamağa başladı-Gözlənilməz- FOTO

0
467

Dubay polisi səliqə-sahmanlı sürücülüyünə görə rəsmilərin diqqətini cəlb edən  əmirlik sakini Səif əl-Svedinin ziyarət edilməsi   ilə bağlı bir məlumat yayımlayıb.
Yol hərəkəti qaydalarına vicdanla riayət etdiyi üçün Səif hədiyyə olaraq “evə çatdırılmaqla” yeni bir avtomobil  alıb. Ötən bazar ertəsi Əl-Svedi  özü xaricdə olarkən ailəsinə onun adına olan bir avtomobil verilib.
Dubay polisinin əməkdaşı Məhəmməd Saif əl-Zafin əl-Svedinin heç vaxt yol hərəkəti qaydalarını pozmadığını bildirib. Əl-Svedi  onun kimi sürücüləri təşviq edən əmirlikdə fəaliyyət göstərən “ağ qeydlər sistemi” çərçivəsində  bir hədiyyə qazanıb. Əl-Zafinin sözlərinə görə, polisin yeni avtomobillər kimi hədiyyələri çox deyil. Ancaq bəzən belə mükafatlar verilir ki, Dubaydakı bütün sürücülər yol hərəkəti qaydalarına riayət etmək üçün əlavə stimul əldə etsinlər.