Polis əri tərəfindən öldürülən qadının görüntüsü yayıldı – FOTO

0
316

Bu gün Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının fotosu yayılıb.

27 yaşlı Xanım Məmmədova Musa qızı bu gün Post Patrul Xidmətinin serjantı, əri İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyü barədə şikayət ərizəsi üçün dəvət olunduğu bölmədə güllələnərək öldürülüb.

Onlar səkkiz il qabaq ailə həyatı qurublar. Ailənin iki azyaşlı uşağı var. Onlardan biri məktəblidir, digəri bağçada təlim-tərbiyə alır.

Xanım Məmmədova sabah doğulduğu Qax rayonunun Cəlayir kəndində dəfn olunacaq.