Polis əməkdaşı metronun “Gənclik” stansiyasında tapdığı pulu sahibinə qaytarıb

0
659

Bakı metrosunun “Gənclik” stansiyasında naməlum şəraitdə 307 manatını itirən Sevda Kərimova kömək üçün polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən satımıza bildiriblər ki, həmin stansiyada xidmət aparan polis kiçik serjantı Musa Sabirli təqribən saat 14:00 radələrində metronun girişində 307 manat pul tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.

Həmin gün axşam saatlarında şəhid ailəsinin üzvü olan S.Kərimova polis şöbəsinə dəvət olunub və itirdiyi 307 manat pul ona qaytarılıb. S.Kərimova asayiş keşikçilərinə təşəkkürünü ifadə edib