“Yaxın zamanlarda böyük yaşlı əhalinin qızılca xəstəliyinə qarşı peyvəndinə start veriləcək”.
Bu fikri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.
O, bildirib ki, tezliklə böyüklərin imunlaşdırılması üçün Azərbaycana peyvənd materiallarının gətirilməsi nəzərdə tutulub.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun sözlərinə görə, qızılcaya yoluxan xəstələrin 95%-i peyvənd olunmayan uşaqlar və məktəblilərdir:
“COVID-19” dönəmində peyvəndə qarş neqativ münasibət, bu gün qızılcaya qarşı peyvənddən yayınmanın başlıca səbəbidir. Bir çox uşaq isə, valideyn səhlənkarlığının qurbanı olur”.
İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: