Polad Bülbüloğlu: “Vətəndaşlar konsulluq şöbəsində qeydiyyatdan keçməlidirlər”

0
419

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu hazırda Rusiya Federasiyası ərazisində olan Azərbaycan vətəndaşlarına çağırış edib.

Səfir müsahibəsində bildirib ki, Azərbaycan vətəndaşları konsulluq şöbəsində qeydiyyatdan keçməlidirlər.

“Bəzi vətəndaşlar konsulluqda qeydiyyatdan keçməyib. Belə gərgin vəziyyətlər yarananda səfirliyin işi çətinləşir. Bu cür şəraitlərdə bu mütləq vacibdir. Biz səfrilikdə “Qaynar xətt” təşkil etmişik. Həmin “Qaynar xətt” həftənin yeddi günü, 24 saat vətəndaşların müraciətini qəbul edir.

Səfirliyin fövqəladə imkanları yoxdur. Biz sadəcə müraciətlərin hamısını qeydə alıb müəyyən dairələrə, Bakıya təqdim edirik. Bu şəraitdə hamı vətənə qayıtmaq istəyir”, – diplomat bildirib.