
Planetin ən yaşlı insanı sayılan yaponiyalı qadın Kane Tanaka 118 yaşını qeyd edib.
Bu barədə NHK xəbər verib.
Məlumata görə, Tanaka 1903-cü ilin yanvarın 2-də anadan olub. O, 2018-ci ildən bəri dünyanın ən yaşlı sakini sayılır.
2021-ci ilin mayında Yer kürəsinin ən yaşlı sakininə Tokio Oyunlarının Olimpiya məşəli estafetində iştirak etmək təklif olunub.
Mayın 11-də Tanakanın əlində məşəllə əlil arabasında 200 metr məsafəni qət etməsi planlaşdırılır.