Planetin ən böyük aysberqi Antarktikadan ayrılıb

0
514

A68 adlanan planetin ən böyük aysberqi Antarktikadan ayrılıb.

Sahəsi 6 min kvadratkilometr olan bu nəhəng buz adasının Ağ qitədən qopması ekoloji problemlərlə bağlıdır. Aysberqin iki il davam edən hərəkəti ABŞ-ın peykləri tərəfindən mütəmadi olaraq qeydə alınıb.

Peykin göndərdiyi videomaterialda aysberqin Ueddel dənizində fırlandığı və onun Antarktikanın yarımadasına doğru hərəkət etdiyi görünür. Ən nəhəng buz dağının çəkisi trilyon tondur, onun sahəsi isə dörd London və altı Moskva ərazisindən çoxdur. Alimlər bildirirlər ki, aysberq yaxın vaxtlarda çox da uzağa üzə bilməyəcək. Lakin zamanla küləklər onu dəniz marşrutlarının keçdiyi yollara apara bilər ki, bu da çox təhlükəlidir. Digər mütəxəssislər isə, aysberqlərin yaranması prosesinin hər 20 ildə bir baş verdiyini və bunun ətraf mühit üçün təhlükəli olmadığını bildirirlər. Onların sözlərinə görə, Antarktidanın materik hissəsində buz kütləsi yığılır və bir müddət sonra qoparaq dənizə yol alır.