Planetimizi qorxudan asteroid yoxa çıxdı…

0
417

İnternet şəbəkəsində son dövrlər “QV89” asteroidi barədə yeni məlumat yayılıb.

Astronomlar tərəfindən 2006-cı ildə kəşf edilən asteroid bu ilin sentyabr ayında planetimizə çox yaxın məsafədən keçməli idi.

Eyni zamanda asteroidin Yerlə toqquşması istisna edilmirdi. “QV89” asteroidi 2006-cı ildə ilk dəfə Avropa Kosmik Agentliyinin astronomları tərəfindən kəşf edilib. Alimlər bir neçə gün asteroidi müşahidə edərək onun hərəkət yolunu müəyyən ediblər.

Bildirilirdi ki, asteroid 2019-cu ilin sentyabr ayında Yerlə toqquşa bilər. Bundan başqa, alimlər bunun 9 sentyabrda olacağını da demişdilər. Asteroid isə 50 metr diametri olan iri bir qaya parçasıdır.

Alimlər bu yaxınlarda asteroidi yenidən axtarsalar da, kosmosun dərinliklərində nəinki “QV89”u, heç ona bənzər göy cisimi belə tapa bilməyiblər. Asteroid elə bil ki, yoxa çıxıb…