PKK-ya dəhşətli zərbə: 28 strateji təpə ələ keçirildi

0
840

Türkiyə ordusu İraqın şimalında həyata keçirdiyi “Pəncə-Qaplan” əməliyyatı nəticəsində PKK-ya dəhşətli zərbələr endirib.

PKK-nın illərdir istifadə etdikləri Sincar, Karacak, Qəndil, Zap, Avaşin-Basyan, Qara, Haftanin və Hakurk bölgələri F-16 təyyarələri, PUA-lar vasitəsilə vurulub.

Əməliyyat çərçivəsində İraq sərhədini keçən “Bordo-bərəli”lər, komandos və piyada birlikləri 45 km içəri girərək PKK-nın illərdir istifadə etdiyi təpələri ələ keçirib.

Bölgədəki 28 təpənin ələ keçirilməsi ilə terror qruplaşmasının təsiri önəmli dərəcədə azalıb. Verilən məlumata görə, Türkiyə ordusu ələ keçirilən təpələrdə bazalar və müşahidə məntəqələri qurulacaq. Bununla da PKK-nın qışda həmin bölgələrə geri qayıtmaq şansları da azalacaq.