Pişiyi kök olduğu üçün təyyarəyə buraxılmadı

0
373

Riqadan Moskva üzərindən keçməklə Vladivostoka uçmaq istəyən Mixail Qalin adlı sərnişin Şeremetyevo hava limanında problemlə üzləşib.

Bu barədə sərnişin “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, təyyarəyə minməyə pişiyinin ağır çəkisi üzündən icazə verilməyib. Belə ki, Mixailin pişiyi Viktor 10 kiloqram çəkidə olub. Aviaşirkətin qanunlarına görə isə, laynerə 8 kiloqramdan ağır heyvanla minmək qadağandır.

Qalin növbəti günə bilet alaraq çəkisi qaydalara uyğun gələn Fibi adlı pişiklə sənədləri rəsmiləşdirdikdən sonra öz heyvanı ilə uça bilib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi