“Texniki səbəblərə görə dronun idarəetmə sistemi söndü. Həmin anda o, təxminən 200 m hündürlükdə idi”
İki yüz metr hündürlükdə uçan pilotsuz aparat idarəetmədən çıxıb və hazırda Latviya üzərində özbaşına uçur.
Latviyanın Mülki Aviasiya İdarəsinin nümayəndəsinin sözlərinə görə, aparatın yanacağı ona 90 saat uçmağa imkan verir.
“Şənbə günü axşam vaxtı texniki səbəblərə görə dronun idarəetmə sistemi söndü. Həmin anda o, təxminən 200 m hündürlükdə idi. Mülki Aviasiya İdarəsi havada nəzarət olunmayan dronun hərəkət etməsi barədə xəbərdarlıq yayıb. Onun son olduğu məkanlar Bauska və Adaji yaxınlığı olub”, – idarənin nümayəndəsi bildirib.
Dronun kütləsi 26 kq, sürəti təxminən 70 km/saatdır.
Latviya sakinlərdindən dronu gördükləri halda xəbər vermələri xahiş olunub.