Pilotsuz kapsul tıxaclara çarə ola bilər – FOTO/VİDEO

0
327

Kaliforniyanın “New Deal Design” studiyası tərəfindən hazırlanan yeni nəqliyyat vasitəsi böyük şəhərlərdəki tıxac probleminə çarə ola bilər.

“Rolla” pilotsuz kapsulu iki sərnişin üçün nəzərdə tutulub.

Onu mobil telefondakı tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq.

“Rolla” tam olaraq elektriklə işləyir. Bəziləri onu təkərli liftə bənzədir. Kapsulun oturacaqları və qapıları yoxdur. Onun rəngi isə istifadə məqsədini bildirir. Kapsul taksi kimi istifadə olunan zaman sarı, ictimai nəqliyyatı əvəz etdikdə bənövşəyi, korporativ nəqliyyat vasitəsi olduqda isə göy rəngli işıq diodları ilə işıqlandırılacaq.