Pezeşkiandan Rusiya ilə bağlı mühüm açıqlama: əsas niyyətimiz…

0
74

İranın yeni prezidenti Məsud Pezeşkian Rusiyanın Tehranın dəyərli strateji müttəfiqi olduğunu deyib.

“Tehran Times” qəzetinin yazdığına görə, o, Moskva ilə Tehran arasında əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

“Mənim administrasiyam əməkdaşlığımızı genişləndirməyə və möhkəmləndirməyə davam edəcək”, – Pezeşkian qeyd edib.

O, həmçinin əmin edib ki, İran hakimiyyəti Rusiya ilə Ukrayna arasında sülhü təmin etməyə çalışır. Pezeşkianın sözlərinə görə, o, Moskva ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa, xüsusən BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyi vasitəsilə bundan sonra da üstünlük verəcək.