Peyvəndin yaradıcısından QORXULU PROQNOZ: “Daha dağıdıcı epidemiyalar…”

0
359

Koronavirusa qarşı “Pfizer-BioNTech” vaksinini istehal edən “BioNTech” şirkətinin qurucusu Uğur Şahin gələcəkdə ola biləcək təhlükəli epidemiyalarla bağlı xəbərdarlıq edib.

Alim deyib ki, ötən dövrlərdən fərqli olaraq indi daha sürətlə peyvənd istehsal edilməlidir:

“Qarşıdakı illərdə dünya koronavirusdan daha dağıdıcı epidemiyalarla mübarizə aparmaq məcburiyyətində qalacaq. Ən pisi koronavirus epidemiyası deyil, daha hazırlıqlı olmaq lazımdır”.

“Dərman istehsalçıları və dünya dövlətlərinin birinci hədəfi peyvənd istehsal etdikdən sonra bütün dünyanı 3 ay içində təmin etmək olmalıdır”, – deyə U.Şahin vurğulayıb.