Peyvənd olunanların 75%-i 10 ölkədə yaşayır… – ÜST

0
338

Koronavirusdan peyvənd olunanların sayı koronavirusa yoluxanların sayından çoxdur.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus deyib.

“Belə qısa zaman aralığında bu, əslində yaxşı xəbərdir. 75%-dən çox peyvənd olunan dünyanın 10 ölkəsində yaşayır. Onların payına dünyanın ÜDM-sinin 60%-i düşür. 2,5 milyard əhalisi olan 130 ölkə isə hələ də peyvəndin ilk dozasını əldə etməyib. Bununla belə, bəzi ölkələr var ki, əhalisinin böyük hissəsini peyvənd ediblər”, – deyə o bildirib.