
Moskvada COVID-19 əleyhinə peyvənd kampaniyasında hədiyyə olaraq avtomobil veriləcək.
Bu barədə Moskva meri Sergey Sobyanin danışıb.
Yeni tədbirlərin həyata keçirilməsi üçün COVID-19-a qarşı vaksinasiya prosesinin sürətləndirilməli olduğunu vurğulayan Sobyanin 18 yaşdan yuxarı vətəndaşlar üçün peyvənd kampaniyasına başladıqlarını bildirib.
“14 iyun-11 iyul tarixlərində ilk peyvənd dozasını vurduranlar avtomobil lotereyasında iştirak edəcək. Hər həftə təxminən 1 milyon rubl (14 min dollar) dəyərində olan 5 avtomobil lotereyası keçiriləcək”, – S.Sobyanin qeyd edib.