Peter Mixalko: “Azərbaycanla Avropa İttifaqı yeni saziş üzərində işləyir”

0
229

“Avropa ittifaqı olaraq regionda sülh prosesinə töhfə verməklə yanaşı, işğaldan azaldan edilmiş ərazilərdə təhlükəsizlik və yenidənqurma layihələrində dəstək göstərməyə hazırıq. Avropa bizneslərinin belə layihələrdə marağını görürük”.

bunu Avropa İttifaqı ilə Azərbaycan arasında keçirilmiş biznes forumda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

Onun sözlərinə görə, ticarət əlaqələrimiz pandemiyadan əvvəlki səviyyəyə qayıtmaqla yanaşı, yeni uğurlu nəticələr əldə edilməyə başlayıb:

“2021-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15 milyard dollardan çox olub, Azərbaycanın xarici ticarət dövriyyəsinin 44 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb. Avropa İttifaqının yüzlərlə şirkəti Azərbaycanla fəal əməkdaşlıq edir, burada işlər görür”. 

“Biz ikitərəfli saziş üzərində işləyirik. Bu saziş əməkdaşlığımızı daha da irəliyə aparacaq”, – deyə o qeyd edib.